“Sinqapur Hava Yolları” keçən ay London-Sinqapur reysi zamanı yaranan turbulent nəticəsində xəsarət alan sərnişinlərə təzminat ödəyəcəyini açıqlayıb.

İndex.az xəbər verir ki, şirkət sosial media yazısında yüngül xəsarət alan sərnişinlərinə 10.000 dollar ödəyəcəyini açıqladı.

Səhhətində daha ciddi problemləri olanlara 25 min dollar ödəməyi və onların xüsusi ehtiyacları üçün müsahibələr aparmağı təklif edib.

Qeyd edək ki, 211 sərnişin və 18 ekipaj üzvü olan “Boeing 777-300” tipli təyyarənin Hind okeanı üzərində ciddi turbulentliyə girdiyi açıqlanıb. Təyyarədə olan bir sərnişin ölüb, onlarla sərnişin yaralanıb.