EN

 Qubada 6 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb 

 Quba polisinin keçirdiyi tədbirlərlə 6 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb 

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Murad Bağırov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, ondan 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Murad Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib.

Chosen
75
12
operativmedia.az

10Sources