EN

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

KONKRET.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi yığma Qazaxıstanla üz-üzə gələcək.

Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Görüşü macar Bens Çonka idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə uduzub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
98
6
konkret.az

9Sources