EN

Bu avtomobilləri alarkən diqqətli olun: "Qan dövranının pozulmasına səbəb ola bilər" - VİDEO

Bu avtomobilləri alarkən diqqətli olun: "Qan dövranının pozulmasına səbəb ola bilər" - VİDEO

Bu gün dünyada elektrikli nəqliyyat vasitələrinə maraq artmaqdadır. Ölkəmizdə də hazırda elektrikli avtomobillərin istismarında artım hiss olunur. Maraqlıdır ki, istər ekoloqlar, istərsə də maşın istehsalçılarının dillerləri ənənəvi nəqliyyat vasitələrinin təbiətə zərərli olmaları barədə dəfələrlə məlumat versələr də, ənənəvilərlə yanaşma birmənalı deyil. Bəs görəsən bu nəqliyyat vasitələrinin insan sağlamlığına mənfi təsirləri varmı?

Sonxeber.az xəbər verir ki, terapevt, androloq Aydın Mustafayev Apa TV-yə açıqlama verib. O bildirib ki, ənənəvi avtomobillərdə elektromaqnit dalğaları var. Bu da ilk növbədə insan bədənində qan dövranının pozulmasına səbəb ola bilər. Terapevt vurğulayıb ki, vətəndaşlar maşın alarkən diqqətli olmalıdırlar:

"Bu maşınlar ölkəmizə idxal olunmamışdan öncə haqlarında sənəd əldə olunmalıdır. Beləliklə sonradan onun satışına izavə verilə bilər. Bu mümkün olmasa belə, həmin avtomobildən istifadə edən insanların heç olmasa özlərini ildə bir dəfə yoxlatmaları vacibdir. Orqanizmdə hər hansı bir patologiyanın yaranıb-yaranmaması ilə bağlı məlumatlı olmaq lazımdır. Hesab edirəm ki, sağlamlığa mənfi təsir ola bilən hallar yarana bilər".

Ətraflı Apa TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
sonxeber.az

1Sources