EN

"Telegram"da yayılan yeni oyun: Dələduzluqdur, yoxsa qazanmaq imkanı?

"Telegram" kanallarında son vaxtlar yayılan "Hamster Kombat" adlı oyun yüzlərlə insanın marağına, eyni zamanda, narahatlığına səbəb olub.

Çünki internetdə asan pullar vəd edən hansısa yeni oyunun, yaxud tətbiqin təbliğatı qısa müddət sonra məhz həmin reklam olunan vasitələrin, əslində, fırıldaq, minlərlə insanın aldadılaraq pullarının əlindən çıxması barədə xəbərlərlə əvəzlənir.

Bəs insanlar bu cür fırıldaq proqramlara, manipulyasiyalara necə və niyə aldanırlar? "Hamster Kombat" oyunu ilə bağlı bilinməyən məqamlar hansılardır?

Texnobloqer Fərid Pərdəşünas mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən oyunla bağlı ona da çoxsaylı suallar ünvanlanıb.

Texnobloqerin sözlərinə görə, bu oyun haqqında yazılanların çoxu doğru deyil:

"Bu səbəbdən qısa açıqlama yazıram ki, oyun barədə müəyyən fikir formalaşsın. Öncə qeyd edim ki, oyun "skam" - yəni dələduzluq deyil. Yaxud şəbəkə marketinqi kimi iştirakçıların pulları əsasında büdcə formalaşdırmır. Bu mənada rahat ola bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
publika.az

1Sources