EN

Cennifer boşanma şayiələri arasında nişan üzüyünü nümayiş etdirdi - FOTOLAR

Cennifer Lopez Ben Afflekdən boşanma şayiələri arasında nişan üzüyü ilə görüntülənib.


Sfera.az bildirir ki, yenidən sevgiləri alovlan JLo və Ben Afflek 2022-ci ildə evləniblər. Ancaq son vaxtlar cütlüyün ayrılması ilə bağlı şayiələr internetdə aktiv şəkildə yayılmağa başlayıb.

 

İndi isə boşanma şayiələri fonunda Ceniffer Lopez nişan üzüyü ilə görüntülənib.


Aktrisanın əynində ağ köynək və ortaboy, enli ayaqları olan xaki qatlı şalvar olub. JLo uzun saçlarını topuzla yığıb. Telefonunu əlində tutan müğənni nişan üzüyünü nümayiş etdirib.

 

Cenniferlə birlikdə müğənni Mark Entonidən olan qızı da ictimaiyyət qarşısına çıxıb.

 

Superstar qızı ilə sıx küçədən keçərkən ətrafına izdiham toplaşıb.

 

Qeyd edək ki, Cenifferin 16 yaşlı qızı Emma cinsiyyətini dəyişdirməyə çalışır .Emmadan başqa Lopezin Maks adlı bir oğlu da var.

 

Xatırladaq ki, əvvəlcə Ben Afflekin həqiqətən də Cennifer Lopezlə evliliyindən peşman olması xəbərləri yayıldı. Jurnalistlər iddia edib ki, Ben sevgi hekayəsinin sona çatdığını başa düşür.

 

Ceniffer Lopez isə çoxdan gözlənilən yay qastrolunu ləğv edib.

 

Cütlüyün uzun müddətdir ayrı yaşadığı və çoxlu anlaşılmazlıqların olduğu da bildirilib. Bununla belə, nə J.Lo, nə də Ben Afflek boşanmaq planlarını rəsmən açıqlamayıblar.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
sfera.az

1Sources