EN

BRİKS ölkələri Fələstinə BMT-yə üzv statusunun verilməsi təklifini DƏSTƏKLƏDİLƏR

BRİKS ölkələrinin xarici işlər nazirləri Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyərək, iki dövlətli həllə sadiq qalmağa davam etmək niyyətlərini təsdiqləyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə BRİKS ölkələrinin xarici işlər nazirlərinin bəyanatında qeyd olunub.

Bəyanata əsasən, 1967-ci ilin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren, müstəqil və demokratik şəkildə mövcud olan Fələstin Dövləti yaradılmalı və paytaxtı Şərqi Qüds olmalıdır.

Bizim.Media

Chosen
118
bizim.media

1Sources