EN

Moskvada hamilə qadın hicaba görə DÖYÜLDÜ – FOTO

Moskvada hamilə qadın hicaba görə döyülüb.

interpress.az xəbər verir ki, Rusiya paytaxtında hamilə qadın çadraya görə təhqir edilib və döyülüb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, uşağın həyatı təhlükədə qalır.

21 yaşlı moskvalı Milana anası ilə metronun “Domodedovskaya” stansiyasının girişində dayanıb. Yoldan keçən 63 yaşlı kişi onunla mübahisə edib.

Kişi Milanın qara çadrasını və paltarını bəyənməyib və ona görə də onu təhqir edib, “matryoşka” adlandırıb və yoxa çıxıb.

Bir müddət sonra həmin şəxs dəmir məftillə qayıdıb və onunla hamilə Milananı və onun anasını döyməyə başlayıb. Kişi hamilə qıza məftillə bir neçə zərbə vurub.

Hücum edən şəxs artıq saxlanılıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, uşağın həyatı isə təhlükədədir. Körpə hərəkət etmir, lakin nəbzi hiss olunur.

Hücum Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri, Yeni Xalq Partiyasından olan deputat Vladislav Davankovun geniş müzakirə olunan təşəbbüsü fonunda baş verib.

Davankov mayın 28-də təhsil müəssisələrində dini geyimlərin (yaylıq, hicab və niqab) seçmə qadağası ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
interpress.az

1Sources