EN

Ana və yeniyetmə oğlunun meyiti tapılıb...

...Moskvada çoxmərtəbəli binanın pəncərələri altında iki nəfərin meyiti tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mash Telegram kanalıyazıb.

Yoldan keçənlər hadisə yerinə təcili yardım və polis çağırıblar.

Mash-ın məlumatına görə, ölənlər 45-50 yaşlı qadın və onun 14 yaşlı oğludur.

Baza Telegram kanalı aydınlaşdırır ki, meyitlər Krılatskoye rayonunda Dolina Qrez yaşayış kompleksinin ərazisində tapılıb. Bazanın sözlərinə görə, yeniyetmənin 14 yox, 16 yaşı var.

...Bundan əvvəl Moskvada aksiyaçı rəssam Pyotr Pavlenskini həbs edən hakim Natalya Larinanın dünyasını dəyişdiyi bildirilirdi.

eyd edilir ki, qadın 15 ildən çox Taqanski Məhkəməsində cinayət işi üzrə hakim işləyib.

O, qızını zorladığına görə Nəqliyyat Nazirliyinin rəsmisi Vladimir Makarovun barəsində çıxarılan hökm sayəsində şöhrət qazanıb. O, cinayətkarı 13 il həbsxanada yatırıb.

2015-ci ildə Larina Pavlenskini həbs edib.Bundan əlavə, 2019-cu ildə hakim serial zəhərləyicisi Murat Sabanovun həbsinə qərar verib. Keçən il Larina təqaüdə çıxmışdı.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
123
sia.az

1Sources