"Qarabağ" yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.
Klubla Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, klubun yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.