EN

6 yaşlı qıza təcavüz edənlərə ağır cəza istənildi

6 yaşlı qıza təcavüz etməkdə təqsirləndirilən şəxslərə ağır cəza istənilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət işi üzrə təqsirləndirilən 3 nəfərdən 2-nin cəzası artırılıb.

Prokuror təqsirləndirilən Yusuf Ziya Gümüşəlin törətdiyi əmələ görə 47 il 3 ay, digər təqsirləndirilən Kadir İstəklinin isə 52 il 6 aya azadlıqdan məhrum edilməsini istəyib.

İş üzrə digər təqsirləndirilən Yusuf Ziya Gümüşəlin həyat yoldaşı Fatimə Gümüşəlin isə hələ də axtarışdadır.

Məhkəmə təqsirləndirilən şəxslərə və vəkillərə çıxış üçün vaxt verib.

Qeyd edək ki, məhkəmənin 2023-cü il 23 oktyabr qərarına əsasən Kadir İstəklini 30 il, Yusuf Ziya Gümüşələ isə eyni cinayətə görə 20 il həbs cəzası verib. Digər təqsirləndirilən Fatimə Gümüşəlin də eyni cinayətə görə 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
121
teleqraf.com

1Sources