EN

İran növbəti dəfə PKK-ya hərbi yardım GÖNDƏRİB - FOTO

İran Kürdüstan Fəhlə Partiyasına 50 sursat, hava hücumundan müdafiə sistemi və radar əleyhinə raketlər verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Yeni Şəfəq” məlumat yayıb.

Məlumata görə, təşkilata son aylarda 50 kamikadze pilotsuz uçan aparat tədarük edən ölkə bu dəfə PKK-ya birbaşa hava hücumundan müdafiə sistemləri və radiasiya raketləri göndərib.

Bildirilib ki, İranın Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) vasitəsilə təmin etdiyi marşrut Süleymaniyyə seçilib. Belə ki, adi sursatlar mülki təyyarələrlə Süleymaniyyə hava limanına aparılıb, daha sonra Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) vasitəsilə PKK tərəfindən daşınıb.



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
1
bizim.media

2Sources