EN

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb

İyunun 10-da saat 18 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Elmir Habil oğlu Abışovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Yevlax Rayon Prokurorluğundan mətbuata verilən məlumata görə, araşdırma zamanı 2004-cü il təvəllüdlü Tahir Ceyhun oğlu Abdullayevin aralarında yaranmış mübahisə zamanı Elmir Abışova kəsici-deşici alətlə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Mətləb

Chosen
114
50
sesqazeti.az

10Sources