EN

Malavinin vitse-prezidentini daşıyan təyyarə yoxa çıxdı

Göyərtəsində Malavinin vitse-prezidenti Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə yoxa çıxıb.

“Ölkə.az” xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.

“Təyyarə radardan çıxdıqdan sonra onunla əlaqə yaratmaq üçün göstərdiyimiz bütün cəhdlər uğursuz olub”, - Malavi Prezident və Nazirlər Kabineti ofisinin bəyanatında deyilir.

Açıqlamada 51 yaşlı Çilimanın paytaxt Lilonqvedən yerli vaxtla saat 0917-də (GMT 0717) ayrılan Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarənin göyərtəsində olduğu və axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib.

Təyyarənin meşəlik ərazidə qəzaya uğradığı ehtimal olunur.

Qeyd edək ki, bunun ardınca Malavi Prezidenti Lazarus Çakvera da Baham adalarına səfərini ləğv edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
112
5
olke.az

9Sources