EN

"Qarabağ" yeni mövsüm öncəsi ilk transferini reallaşdırdı

Bakı. Trend:

Azərbaycan çempionu "Qarabağ" ilk transferini reallaşdırıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.

Ağdam təmsilçisi Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvatqolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliyatəmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığıAlmaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, "Qarabağ"ın yeni qapıçısı Xorvatiyanın U-18 vəU-19 milli komandalarında da oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
32
az.trend.az

10Sources