EN

BRİCS xarici işlər nazirləri Qəzzada bütün girovları azad etməyə çağırıb

BRİCS ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsinə çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə assosiasiyanın xarici işlər nazirlərinin Nijni Novqorodda keçirilən iclasının yekunları üzrə dərc olunmuş birgə bəyanatda deyilir.

"Xarici işlər nazirləri Fələstin ərazilərində vəziyyətin pisləşməsi, xüsusən də İsrailin hərbi əməliyyatları zamanı Qəzza zolağında müşahidə olunan görünməmiş hərbi eskalasiya ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər və qeyri-qanuni əsir götürülən bütün girovların və mülki şəxslərin qeyd-şərtsiz azad edilməsinə çağırırlar. BRİCS tərəflərdən BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinə uyğun olaraq Fələstin anklavında dərhal atəşkəs tətbiq etməyi tələb edir", - bəyanatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources