EN

“Liverpul”un sabiq kapitanı xəstəxanaya yerləşdirildi

“Liverpul”un şotland sabiq müdafiəçisi və kapitanı Alan Hansen səhhətində yaranmış ciddi fəsadlara görə xəstəxanadadır.

Arena.az bu barədə Mersisayd klubunun rəsmi saytına istinadən məlumat verir:

“Bütün “Liverpul”un fikirləri və dəstəyi ağır xəstə olan və hazırda xəstəxanada qalan əfsanəvi keçmiş kapitanımız Alan Hansenlədir. Klub bu çətin zamanda dəstək olmaq üçün Alanın ailəsi ilə əlaqə saxlayır və bizim düşüncələrimiz, arzularımız və ümidlərimiz Alan və bütün Hansen ailəsi ilədir.

Biz əlavə məlumat əldə edən kimi, təqdim edcəyik və Hansen ailəsinin məxfiliyinə hörmət edilməsini xahiş edirik”, – “Liverpul”un rəsmi saytındakı bəyanatda deyilir.

Hazırda 68 yaşlı Alan Hansen mərkəz müdafiəçisi mövqeyində çıxış edib. Şotland müdafiəçi 1977-1991-ci illərdə “qırmızılar”ın şərəfini qoruyub. Hansen “Liverpul”un kapitan sarğısını daşıyıb, “qırımızılar”ın heyətində meydana çıxdığı 614 oyunda 14 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
141
4
arena.az

5Sources