EN

Arif Əsədov: "Yeni nəslin yetişməsinə də təkan verməliyik"

Sabah Macarıstanda Qazaxıstanla yoxlama görüşünə çıxacaq milli komandamızın baş məşqçisi əvəzi Arif Əsədov Avstriyada məskunlaşdıqları hotelin konfrans zalında mətbuat konfransı keçirib. Sport24.az-ın Macarıstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 54 yaşlı mütəxəssis əvvəlcə qarşıdakı oyun barədə fikirlərini bölüşüb.- İlk növbədə fiziki və psixoloji durumu yaxşılaşdırmağa çalışdıq. Bu gün son məşqdi, rəqibə uyğun hazırlığı bu gün keçəcəyik. Zədəlilər Coşqun Diniyev və Bəhlul Mustafazadəyə dair qərarı son məşqdən sonra qərar verəcəyik. Sabah fərqli heyət, fərqli taktikayla oynayacağıq. Çalışacağıq dominant futbol oynayaq.- Millətlər Liqasında qarşılaşdığımız rəqibdi. Bakıda qazaxları məğlub etmişdik. Demək olarmı ki, bu rəqiblə qələbənin açarını əldə etmisiniz?- Onların oyununa bələdik. Çalışacağıq dominant oynayaq.- Rahil Məmmədovun sağda oynaması nə ilə əlaqədardır?- İki model üzərində işləyirik: eyni səviyyədə və bizdən aşkar üstün olan rəqiblərə qarşı müdafiə fazasında ucaboy furbopçuların çoxluğuna ehtiyac duyulur. Ancaq hücuma atılanda fərqli model seçirik.- Sabah sağda hansı müdafiəçi oynayacaq?- Bunu sabah görəcəksiniz.- Əvəzetmələrdə gənclərə çox şans tanıdınız. Sabah necə?- Hardasa 70 faiz əsas oyunçulardan istifadə ediriksə, yeni nəslin yetişməsinə də təkan verməliyik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
87
sport24.az

1Sources