Bundan başqa, Səudiyyə Ərəbistanında olan, lakin Məkkə sakini olmayan və Həcc ziyarətinə getmək icazəsi olmayan 171 mindən çox insan saxlanılıb. Bildiyiniz kimi, Həcc İslamın beş sütunundan biridir və bunu həyatında ən azı bir dəfə belə imkanı olan bütün müsəlmanlar yerinə yetirməlidir. O, bir sıra dini rituallardan ibarətdir. Bu il Məkkədə Həcc ziyarəti iyunun 14-də başlayacaq.
2023-cü ildə 2,4 milyon insan həcc ziyarətinə gedib. İzdihama nəzarət Məkkə rəhbərliyinin əsas problemidir. 2015-ci ildə 2 mindən çox zəvvar izdiham zamanı həlak olub.