Sumqayıtda avtobusun vurduğu 69 yaşlı kişi xəstəxanada ölüb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə 3 gün əvvəl "Saray yolu" adlanan ərazidə baş verib.
1955-ci il təvəllüdlü Füzuli Əjdər oğlu Əliyevi marşrut avtobusu vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, o bu gün müalicə aldığı xəstəxanda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun