EN

MİSİR VƏ ABŞ QƏZZADA ATƏŞKƏS ÜÇÜN SƏYLƏRİ ARTIRMAĞA RAZILAŞIBLAR

Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında atəşkəsə nail olmaq üçün ölkələrinin səylərini gücləndirmək barədə razılığa gəliblər.

Tezadlar.az xəbər verir ki, müvafiq bəyanatı Misir liderinin rəsmi nümayəndəsi Əhməd Fəhmi yayıb.

“Tərəflər Qəzzada atəşkəsin yaradılması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı mövcud vəziyyəti müzakirə edib və bu istiqamətdə səyləri gücləndirmək barədə razılığa gəliblər”, – Fəhmi Facebook səhifəsində yazıb.

El-Sisi və Blinken Qəzzadakı humanitar böhran və münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün tədbirlərə də toxunublar.

Görüşdə Misir tərəfdən Baş Kəşfiyyat İdarəsinin rəisi Abbas Kamel də iştirak edib.

Blinken iyunun 12-dək davam edəcək başqa bir Yaxın Şərq turu çərçivəsində bazar ertəsi Qahirəyə gəlib. Dövlət Departamentinin rəhbəri Misirdən sonra İsrail, İordaniya və Qətərə səfər etməyi planlaşdırır.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
1
tezadlar.az

2Sources