EN

Sentyabrda Bakıda "ADEX" V Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək

Bu ilin sentyabrında Bakıda "ADEX" V Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani ilə görüşü zamanı bildirib.
 
Nazir Gürcüstanla strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında 2024-cü il ərzində hərbi sahədə ümumilikdə 21 birgə tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
 
Müdafiə naziri gürcüstanlı həmkarını cari ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
 
Chosen
118
35
moderator.az

10Sources