EN

KİV: Rusiyadan Ermənistana uçan təyyarəni ildırım vurub

Rusiyanın Samara vilayətindən Ermənistana uçan “Airbus A319” təyyarəsini ildırım vurub.

APA-nın xəbərinə görə, bu barədə məlumat “Telegram” kanallarında yayılıb.

Bildirilib ki, hadisə barədə məlumat Mərkəzi Dispetçer Məntəqəsinə uçuşdan dərhal sonra, yerli vaxtla saat 17:50-də, təyyarə Mahaçqala səması üzərindən uçarkən daxil olub.

Təbiət hadisəsi cihazlara ziyan vurmadığından uçuşun davam etdirilməsi tapşırılıb. Nəticədə hava gəmisi təyinat məntəqəsinə insidentsiz çatmağa nail olub.

Chosen
209
22
apa.az

10Sources