EN

Ukraynalı nazir: Azərbaycanın bizə verdiyi minatəmizləmə maşını Xarkov vilayətində böyük işlər görür

Azərbaycan bizə bir minatəmizləmə maşını verib, o, Poltava vilayətində sınaqdan keçirildi və indi Xarkov vilayətində böyük işlər görür.

APA xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Streleç Vesti.az-a müsahibəsində deyib.

“2022-ci ildə biz ölkə ərazilərinin üçdə birinin minalanmış olduğunu anlayanda hesabladıq ki, Ukraynanı minalardan təmizləmək üçün 700 il lazımdır. Çünki bizim heç bir mütəxəssisimiz, maşınımız, texnikamız, təcrübəmiz yox idi. Lakin bundan sonra Ukrayna hökuməti və Ukrayna Nazirlər Kabineti müəyyən qərarlar qəbul etdi və biz minalardan təmizləmə bazarını işə saldıq. Beləliklə, hazırda minalardan təmizləmə əməliyyatı üçün 4500 ekspertimiz var, minatəmizləmə üçün 60-dan çox maşınımız var.

2023-cü ildə, yalnız bir il ərzində 18 min kvadrat kilometr ərazini minalardan təmizlədik. Biz bu ərazini təkcə minalardan deyil, partlamamış hərbi sursatlardan da təmizlədik”, - nazir qeyd edib.

Ruslan Streleçin sözlərinə görə, təbii ki, bu, o demək deyil ki, onların yaxşı imkanları, kifayət qədər texnikası və kifayət qədər heyəti var: “Xeyr. Etiraf etməliyik ki, Ukraynanın ərazisi böyükdür və bizim minalardan təmizləmə üçün böyük ərazimiz var. Müharibə isə dayanmır. Beləliklə, potensial olaraq bir ay, iki ay sonra vəziyyətin necə olacağını indi bilmirik. Ümid edirəm ki, ərazimizin getdikcə daha çox hissəsini azad edəcəyik və bu minatəmizləməni mümkün qədər tez aparacağıq. Amma müharibə hələ davam edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
apa.az

1Sources