EN

3909 müəllim işdən çıxarılacaq - Təkrar sertfikasiyadan keçə bilməyiblər

İyunun 8-də Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təkrar sertifikasiya imtahanında 7296 müəllimdən 3424 ibtidai sinif müəllimi,485 Azərbaycan dili və ədəbiyyat müəllimi növbəti dəfə kəsilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

"Ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb",- açıqlamada deyilir.
 
Qaydalara görə sertfikasiya imtahanından iki dəfə kəsilən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək.

Azərbaycanda 2026-ci ilə qədər ölkə üzrə
bütün fənn müəllimləri sertfikasiya imtahanından keçəcək.

Bu il ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənnindən əlavə digər fənnlərə aid 25 min müəllim imtahana cəlb olunacaq. 
 
Gülnar

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
anews.az

1Sources