EN

Komitə sədri: Selektiv abortlarla mübarizə tədbirləri davam edəcək

2020-2025-ci illər üzrə fəaliyyət planına uyğun olaraq Azərbaycanda selektiv abortlarla mübarizə məqsədli müxtəlif layihələr həyata keçirilir və bu, davam edəcək.

“İki sahil” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova selektiv abortlar mövzusuna həsr olunmuş "Güclü zəriflər" tamaşasının təqdimatında deyib.

O qeyd edib ki, xüsusilə mədəniyyət və incəsənət vasitəsilə cəmiyyətin bütövlüyünə, gender bərabərliyinə mane olan stereotiplərin qarşısını almaq əsas hədəfdir: "İnanıram ki, sənət adamlarının simasında, mədəniyyətin köməyi ilə layihələrə bundan sonra da dəstək verəcəyik".

"Güclü zəriflər" tamaşasının rejissoru, Azərbaycanın əməkdar artisti, aktyor Nicat Kazımov isə çıxışı zamanı selektiv abortlarla bağlı Azərbaycan dramaturgiyasında heç bir pyes olmadığını vurğulayıb: "Məhz bu səbəbdən biz tanınmış yazıçı İlqar Fəhmiyə müraciət etdik və o, yeni bir pyes ərsəyə gətirməli oldu. İlqar Fəhminin hazırladığı əsər “Güclü zəriflər” adlı tamaşa ilə “Selektiv abortlarla mübarizə” kampaniyası çərçivəsində səhnələşdirildi".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
ikisahil.az

1Sources