EN

“Şəfa”nın baş məşqçisi futbolçularına təşəkkür etdi

Bilindiyi kimi, Region Liqasının finalçısı “Hypers” “Şəfa”nı pley-offun hər iki matçında məğlub etməklə 2-ci liqaya yüksəldi. "Şəfa" isə yeni mövsümdən Region Liqasında çıxış edəcək.

Bu komandanın baş məşqçisi Elşad Məmmədovun fikirləri:

“Bildiyiniz kimi, hər iki oyunda fərdi səhvlərdən qollar buraxdıq. Eyni zamanda da rəqibdən öncə real qol imkanlarından istifadə edə bilmədik. Liqada ən gənc heyət bizdədi. Buna baxmayaraq, uşaqlar heç bir rəqiblə mübarizədən qorxmadı. Hər biri ilə qürur duyuram. İndidən 5-6 oyunçumuza premyer-liqa klublarının əvəzedici komandalarından təkliflər var”.

Baş məşqçi klubun dağılıb-dağılmamasıyla bağlı məsələyə də aydınlıq gətirdi:

“Hələlik PFL taleyimizlə bağlı rəsmi qərar verməyib. Adlı-sanlı sponsorlarımızı nəzərə alıb, bəlkə də bizə daha bir şans verə bilərlər. Hamımız yekun cavabı gözləyirik. Daim böyükhesablı məğlubiyyətlərə düçan olan heyətin həm düşüncəsini, həm də oyununu dəyişdik, döyüşkən komanda qurduq, sonuncu pillədən xilas olub, 18 xal yığdıq. Buna görə hər futbolçuma təşəkkür edirəm”. 

ƏSƏD SEYİDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources