Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında 24 dövlət əmlakının satışı üzrəhərraclar keçiriləcək.
Trend xəbər verir ki,“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 9 iyulvə 11 iyulda hərracların keçirilməsi ilə bağlı prosedurlarabaşlanılıb.
İlk hərracda 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi nəzərdətutulub. 1999-2010-cu illərdə istehsal olunmuş müxtəlif marka vəmodelə sahib nəqliyyat vasitələrinin start satış qiymətləri1000-4200 manat arasında dəyişir.
İyulun 11-də keçiriləcək hərracda isə muxtar respublikanın 7yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəlliksalonu, bərbərxana, dərzi sexi, ət mağazası) dövlət mülkiyyətindəolan 13 qeyri-yaşayış sahəsinin satışı həyata keçiriləcək.