EN

Şəhərin mərkəzində qəza:“Ford” iki maşına çırpılıb aşdı- VİDEO

Nəsimi rayonu 28 May küçəsində zəncirvari qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 8-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-ZK-654 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını, “Volkswagen” markalı avtomobillərlə toqquşub. Qəzaya səbəb “Ford” sürücüsünün qırmızı işıqda hərəkət etməsi olub. Nəticədə “Ford” avtomobillərdən birinin üstünə aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Şahidlərin iddiasına əsasən, aəza zamanı keçiddən keçən piyadalar da təhlükəylə üzləşiblər.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
avtosfer.az

1Sources