EN

“Bu tədris ilində rekord sayda şagird qəbul imtahanlarında maksimum bal topladı” - EKSPERT DANIŞDI

“2023-2024-cü tədris ili kifayət qədər mühüm və müsbət hadisələrlə yadda qaldı. Qarabağ Universitetinin açılması 2023-2024-cü tədris ilinin ən yadda qalan hadisəsi oldu. Həmçinin Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə etməsi, əvvəlki illərlə müqayisədə bəzi fənlərdən bir sıra yaxşı nəticələrimiz də oldu”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

K.Əsədov bildirib ki, bu ilki tədris ilində orta məktəblərdən məzun olan şagirdlərdən rekord sayda- 54 nəfər qəbul imtahanlarında maksimum bal topladı: “Bu Azərbaycan təhsilinin indiyə qədərki ən yüksək nəticəsi hesab oluna bilər. Həmçinin bu il kifayət qədər yeni qanunvericilik aktlarının qəbul edilməsinin şahidi olduq. Belə ki, bu il təhsilverənlərin etik davranış qaydaları qəbul edildi.

Bu il yadda qalan hadisələr sırasında Türkiyə-Azərbaycan Universitetinin açılmasını da xüsusi olaraq qeyd etməliyik. Həmçinin qeyd etməliyik ki, bu il yeni məktəblər tikildi”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
96
sia.az

1Sources