EN

FHN əməkdaşları maşında dava etdi – Biri öldürüldü

Gəncədə qətl hadisəsi törədilib.

NOCOMMENT.az unikal.az-a istinadən xəbər verir ki, Avtovağzal adlanan ərazidə “VAZ-2106” markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib.

Mübahisədən sonra onlardan biri digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.

Hadisə zamanı avtomobil yoldan çıxaraq ağaclığa düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
159
19
nocomment.az

10Sources