EN

Laricani Keşikçilər Şurasını tənqid etdi: Saxtakarlıq...

İran parlamentinin keçmiş spikeri, prezidentliyə namizədliyini irəli sürmüş Əli Laricani Keşikçilər Şurası tərəfindən seçiklərə buraxılmamasına etiraz edib.

Axar.az xəbər verir ki, o, bu barədə yaydığı açıq məktubda bildirib.

Laricani Keşikçilər Şurasını saxtakarlıqda ittiham edib:

“Namizədlərin təsdiq olunması prosesi qeyri-şəffaf mexanizmlə həyata keçirilib”.

Qeyd edək ki, bundan əvvəl 2021-ci ilin prezident seçkilərində də Əli Laricaninin namizədliyi təsdiq olunmamışdı.

Xatırladaq ki, Konstitusiya Keşikçiləri Şurası namizədliyini irəli sürən 80 nəfərdən yalnız 6-nı seçkiyə buraxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
1
axar.az

2Sources