EN

“Yarışın qalibi çövkən üzrə ilk dünya çempionu olacaq” - Bəhruz Nəbiyev

“Beynəlxalq Çövkən Federasiyasi Azərbaycanda ilk beynəlxalq federasiya kimi tarixə düşüb”. SİA xəbər verir ki, bunu Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Quliyev dünya çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, Bakıda keçirilən çövkən üzrə dünya çempionatı barədə danışıb.

Qurum rəsmisinin sözlərinə görə, Beynəlxalq Çövkən Federasiyasınım bayrağı altında ilk tədbir hazırda Bakıda keçirilir: “Bu çempionatda 3 qitəni təmsil edən milli yığmalar iştirak edir. Bu milli yığmalar arasında ilk dəfə Azərbaycanda baş tutan dünya çempionatında iştirak edən komandalarda var. O zaman Beynəlxalq Çövkən Federasiyası fəaliyyət göstərmirdi və yarış ARAF tərəfindən təşkil olunmuşdur”.

Nəbiyev vurğulayıb ki, bu gün Beynəlxalq Çövkən Federasiyasının növbədən kənar baş assambleyası keçirilib: “Bu iclasda yeni üzvlüyə qəbul olunan ölkələrin məsələləsi yekdilliklə daxil olundu. Artıq böyük bir ailəyə çevrilmişik. Dünya çempionatı bundan sonra iki ildən bir keçiriləcək. 2026-2028 və s. bu şəkildə təşkil olunacaq. Qitə çempionatları isə tək illərdə yəni 2025,2027, 2029cu illərdə keçirilməsi qəbul olunub və təsdiq edilib. Bu gün baş assambleyada əsas məsələlərdən biri beynəlxalq çövkənin qadınlarda təsdiq olunması idi. Bu da artıq mövcüddur. Beynəxalq Çövkən qaydalar əvvəllər yalnız Azərbaycanda baş tutan yarışlarda tətbiq olunurdusa bundan sonra artıq bu ailəyə üzv olan bütün ölkələrdə keçiriləcək yarışlarda tətbiq olunacaq”.

Onun sözlərinə görə, 19 üzvü olan beynəxalq federasiya üçün 10 komandanın dünya çempionatında iştirak etməsi yaxşı göstəricidir: “Bu hesabla biz götürsək 53 üzvümüz var və üzvlərin artırılması ilə bağlı ciddi iş aparırıq. Düşünürəm ki, növbəti dünya çempionatlarında bundan iki dəfə artıq komandanın iştirak etmək ehtimalı böyükdür. Çempionatda atlar Azərbaycan tərəfindən verilir bu səbəbdən 10 komandalıq yerimiz var idi. Bu səbəbdən də at sayında müəyyən artımlar etmək lazımdır. Hazır ki, dünya çempionatı səviyyəsində təqdim ed biləcəyimiz at sayına uyğun olaraq 10 komanda seçmişdik. Müraciət etdiyimiz ölkələrdən ən tez bizə kim geri dönüş edibsə həmin üzvlərində iştirakını təsdiqlədik. Bizim təxminən 15-ə yaxın ölkədən iştirak üçün sifarişlərimiz var idi. Lakin növbəti çempionatda həmin üzvlərində iştirak etmək istəklərini nəzərə alacağıq”.

Növbəti Avropa çempionatına Azərbaycanın ev sahibliyi edib-etməyəcəyi barədə danışan Nəbiyev bildirib ki, bu məsələyə sabah baxılacaq: “Bizdə beynəlxalq federasiyada komitələr fəaliyyət göstərir. Həmin regional komitələrin sədri var və onlar öz ərazilərində olan hər şeyə cəvabdeh şəxsdir”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
sia.az

1Sources