EN

Bakıda avtoxuliqanlığa meyil edən sürücü: Addımbaşı zolaq dəyişir- VİDEO

Bakıda manevr qaydalarımı kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 9-da, paytaxtın Ziya Bünyadov prospektində baş verib. Belə ki, 90-BC-021 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sözügedən prospektdə hərəkət edən zaman hamıdan önə keçməyə çalışıb. O, davamlı şəkildə ötmə və manevr qaydalarını pozaraq digər sürücülərə təhlükəli anlar yaradıb.

Bəzən manevr qaydalarını bu formada pozan sürücülər avtoxuliqan kimi məsuliyyətə cəlb edilməklərindən şikayətlənirlər və manevr zamanı dönmə işığı yandırdıqlarını bildirirlər. Qeyd etmək istəyirik ki, dönmə işığından istifadə etmək sürücüyə qayda pozmağa icazə vermir. Bu cür hərəkətlər digər sürücüləri qıcıqlandırır və onların haqlı narazılığına səbəb olur.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
105
avtosfer.az

1Sources