EN

Simonyan: "Seçki keçirmək fikrində deyilik"

"Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkisi keçirmək fikrində deyil".

Oxu24.com xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.

“Bu məsələni müzakirə etməmişik və etmək fikrində deyilik”, - deyə o, bildirib.

Qeyd edək ki, Ermənsitan parlamentinin müxalifətdən olan “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 33 deputatı növbədənkənar sessiyanın çağırılması tələbi ilə müraciət edib.

Mənbə: News.am

Yeganə

Chosen
93
3
oxu24.com

4Sources