EN

Ermənistana uçan Rusiya aviaşirkətinin təyyarəsini ildırım vurdu

Ermənistana uçan Rusiya aviaşirkətinin təyyarəsini ildırım vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Aviaincident” Teleqram kanalında məlumat paylaşılıb.

İyunun 9-da Samaradan İrəvana uçan “Airbus A319” təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Belə ki, təyyarə havada olarkən onu ildırım vurub.

Qeyd olunur ki, pilotlar təyinat aerodromuna getmək qərarına gəliblər. Eniş təhlükəsiz həyata keçirilib, təyyarədə olan sərnişin və ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
22
iqtisadiyyat.az

10Sources