EN

Blinken Misirə və İsrailə səfər edəcək

ABŞ Dövlət katibi Antoni Blinken Misirə səfərə gedəcək. Bu, Dövlət katibinin Qəzzada müharibə başlayandan bəri səkkizinci səfəridir.

NOCOMMENT.az xəbər verir ki, o, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşəcək və Co Baydenin yeni atəşkəs təklifini vasitəçi ölkə kimi tərəflər arasında razılaşdırmağa çalışacaq.

Tərəflər həmçinin Qəzza əhalisinə humanitar yardım üçün mühüm rol oynayan, lakin bir ay qabaq İsrail tərəfindən bağlanan Rəfəh sərhəd-keçid məntəqəsinin yenidən açılması ilə bağlı müzakirə aparacaqlar.

Blinken Misirin ardınca İsrailə gedərək, burada Baş nazir Benyamin Netanyahu ilə görüş keçirəcək. Onun habelə İordaniya və Qətərə də səfərləri nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
nocomment.az

1Sources