EN

Siyasi şərhçi: “Bu proses faktiki olaraq üçüncü dünya müharibəsini aparır”

Artıq bir çox Avropa ölkələrinin iddiaları, ambisiyaları və Fransa kimi, Avropanın əsas oyunçularından biri olmaq iddiası dünyanı çox çıxılmaz bir vəziyyət aparır.

Bu sözləri Herbiand.az-a siyasi şərhçi Kənan Novruzov bildirib. O, həmçinin qeyd etdi ki, bu proses faktiki olaraq üçüncü dünya müharibəsini aparır:

“Artıq bəzi Avropa ölkələrinin işğalçılıq və torpaq bölüşdürülməsi siyasətləri nəticəsində III Dünya müharibəsinin başlandığını iddia edənlər də var. Yəni Avropa onsuz da bir qaynar qazandı və belə bir şəraitdə milliyyətçi qüvvələr parlament seçkilərində qalib gələrsə, bu, hansısa müsbət bir tendensiya kimi qəbul olunmamalıdır. Əksinə, vəziyyət daha da vəziyyət daha da gərginləşə bilər, çünki onlar daha radikaldırlar və bu radikallıq siyasətlərində də özünü göstərəcək. Mövcud tendensiyanın daha ağır, daha çətin versiyasını görə bilərik”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
herbiand.az

1Sources