EN

«Pul kifayət qədərdir, amma neftdən çox asılıdır» - Azərbaycanın kredit reytinqi və əsas riskləri açıqlandı

Azərbaycanın iqtisadi durumu və perspektivləri ilə bağlı növbəti rəy və proqnozlar açıqlanıb.

FED.az xəbər verir ki, «SPGlobal» reytinq agentliyi 7 iyun 2024-cü il tarixində S&P Global Ratings Azərbaycanın xarici və yerli valyutada uzun və qısamüddətli kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib. Ölkənin iqtisadi vəziyyəti ilə bağlı proqnozlar «Sabit»dir.

Agentliyin Azərbaycanın reytinqi və qarşıdakı bir neçə il üçün, daha dəqiqi 2027-ci ilədək iqtisadi vəziyyəti ilə bağlı pronozları bir neçə əsas faktora əsaslanır.

Birinci faktor odur ki, Agentlik 2024-2027-ci illərdə Azərbaycanın ikiqat fiskal və cari əməliyyatlar hesabının profisiti ilə çıxış edəcəyini gözləyir ki, bu da ölkənin ixracının 80%-ni təşkil edən neft-qazın əlverişli qiymətlərinə əsaslanır. Qeyd edək ki, 2024-cü ilin əvvəlindən bəri Azərbaycanı neftinin qiyməti 85 ollar ətrafındadır, yalnız son günlər 80 dollara enib, bu qiymətləri nəzərə alan hökumət bir neçə gün əvvəl büdcəni dəyişdirərək neftin büdcədəki qiymətini 60 dollardan 75 dollara qaldırıb. Bununla yanaşı, agentlik xüsusi qeyd edir ki, neft hasilatı və ixracı artıq uzun müddətdir ki, azalmaqdadır və qaz ixracı çətin ki, bu azalmanı tam tam kompensasiya edə bilsin.

İkinci faktor: Azərbaycan Azərbaycan Dövlət Neft Fondunda kifayət qədər byöük likvid vəsaitlər toplanıb, 2023-cü ilin sonunda bu vəsaitlər ölkənin ÜDM-nin 70%-nin təşkil edib. Bu vəsaitlərin olması yaxın müddətli risklərin qarşısını almağa kömək edən əhəmiyyətli buferdir.

Regional və geosiyasi dəyişikliklər fonunda Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir.

Yuxarıda qeyd edilənləri ümumiləşdirəndə Agentlik hesab edir ki, neft hasilatının azalmasına və qarşıdakı illərdə də azalmasına baxmayaraq Azərbaycanın iri büdcə və xarici buferləri (likvid vəsaitləri) ölkə iqtisadiyyatını istənilən sarsıntılardan qoruya bilər və ya bu təhlükələrin təsirini yumşalda bilər.

Fərqli vəziyyət yaranarsa agentlik Azərbaycanın reytinqlərinə azalma və artma istiqamətində yenidən baxa bilər. Bunlar mənfə və müsbət ssenarilərdir. Beləliklə

Mənfi ssenari

«Orta müddətli perspektivdə Azərbaycanın büdcə gözləniləndən zəif olarsa biz reytinqi azaldı bilərik»-deyə agentlik bildirir. Bu hal, məsələn o səbəbdən baş verə bilər ki, köhnə neft yataqlarında hasilat gözləniləndən daha sürətlə aşağı düşsün.

Neft-qaz satışından gəlirlərin azalması da analoji ölkələrlə müqayisədə Azərbaycanın daha geniş iqtisadi göstəricilərinə təsir edə bilər.

Azərbaycanın reytinqinin azalmasına səbəb ola biləcək digər bir risk Ermənistanla hərbi münaqişənin yenidən başlanması ola bilər.

«Biz Ermənistanla hərbi münaqişənin yenidən başlaması ssenarisində də reytinqləri aşağı sala bilərik»- deyə Agentlik bildirir. Baxmayaraq ki, indiyədək baş verən proseslər, o cümlədən 2020-ci ildəki 44 günlük müharibə və ondan sonrakı dövrdə tez-tez təkrarlanan hərbi əməliyyatlar kredit reytinqində özünü büruzə verməmişdi. İndiki açıqlama bir növ yenilikdir.

Müsbət ssenari

Kredit reytinqinin artırılmasına sbəbə ola biləcək faktorlar daha sədədir. Agenlik bildirir ki, geopolitik risklər azalsa və Azərbaycan indiki proqnozlarla müqayisədə daha böyük büdcə buferləri yarada bilsə, reytinqlər yüksələ bilər.

«Hökumət ARDNF-də xeyli likvid aktivlər toplayıb»

Agentlik bildirir ki, Azərbaycanın güclü fiskal və xarici səhm mövqeləri suveren reytinqləri dəstəkləyir – yəni bunlar iqtisadiyyatın güclü cəhətləridir. «Hökumət ARDNF-də xeyli likvid aktivlər toplayıb. Biz hökumətin 2027-ci ilə qədər ÜDM-in təxminən 70%-ni təşkil edən likvid aktivlərə çıxış əldə edəcəyini və ümumi dövlət borcunun ÜDM-in 20%-i ətrafında sabitləşəcəyini proqnozlaşdırırıq».

Bundan başqa, Agentlik gözləyir ki, qarşıdakı üç il ərzində Azərbaycanın fiskal və cari əməliyyatlar hesabı profisitlə davam edəcək. Bu proqnozlar «SPGlobal»ın neftin qarşıdakı illər üzrə qiyməti barədə pronozuna əsaslanır. Proqnoza görə, 2024-cü ilin qalan hissəsi üçün neftin orta qiyməti 85 dollar/barel, ondan sonrra isə 80 dollar olacaq. Azərbaycanda neftin büdcədəki qiymətini nəzərə alanda, əslində yaxşı proqnozdur. 

Neftlə bağlı həyacan siqnalları: “Neft hasilatı və neft gəlirləri azalacaq”

Bununla yanaşı, Agentlik neftin Azərbaycan iqtisadiyyatı üçün risk mənbəyi olduğunu qeyd edir. Açıqlamada deyilir ki, Azərbaycan iqtisadiyyatı neftdən hələ də çox asılıdr - ÜDM-in 50%-ə yaxını, ölkədən ixracın isə 80%-i neft-qaz sektorunun payına düşür. Nəticədə Azərbaycan neftin qiymətlərində baş verə biləcək potensial mənfi dəyişikliklərə qarşı çox həssasdır.

«SPGlobal» 2015-ci ili xatırladır: «Məsələn, 2015-ci ildə neft qiymətlərinin aşağı düşməsi fonunda Azərbaycanın dövlət büdcəsinin kəsiri ÜDM-in 7 faiz bəndindən çox pisləşdi, cari əməliyyatlar hesabı ÜDM-in 14 faiz bəndi zəiflədi, xalis valyuta ehtiyatları yarıdan çox azaldı, ev təsərrüfatları və şirkətlər vəsaitləri dollara çevirdilər, manatın məzənnəsi isə devalvasiyaya uğradı».

Agentlik hökumət üçün həyacan siqnalı səsləndirir: «Fikrimizcə, Azərbaycanın buferləri kifayət qədər böyük olsa da, onun təmərküzləşmiş iqtisadiyyatını ixrac qiymətlərindəki enişin bütün nəticələrindən tam qoruya bilməz, xüsusən də belə bir azalma davamlı olacaqsa. Üstəlik, neft hasilatının tədricən azalması isə bu buferlərin həcmini daha da məhdudlaşdırır. Bunu sadə şəkildə ifadə etdikdə, o deməkdir ki, onsux da neft hasilatı getdikcə azaldığına görə, maliyyə buferlərinin həcmi əvvəlki kimi  sürətlə artmayacaq. 

«SPGlobal»ın açıqlamasında deyilir ki, Azərbaycanın neft yataqlarının köhnəlməsi nəticəsində neft hasilatı davamlı azalmaqdadır.

«Biz 2024-2027-ci illər ərzində karbohidrogen sektorunda hasilatın geniş şəkildə durğunlaşacağını gözləyirik»-deyə Agentlik bildirir. Bu proqnoz aşağıdakı gözləntilərə əsaslanır: Neft hasilatı 2027-ci ilədək sutkada orta hesabla 0,65 milyon barel səviyyəsində qalacaq. Son illər Azərbaycanın əsas neft yataqları sayılan və «Əsrin müqaviləsi»nin predmeti olan «Azəri-Çıraq-Günəşli» neft yataqları köhnəlməkdə davam etdikcə hasilat sabit şəkildə azalır. 2019-cu ildə ölkədə gündə 790 min barel neft hasil edildiyi halda, 2024-cü ildə bu rəqəm 650 mmin barelə enib. Nəticədə, iş o yerə çatıb ki, Azərbaycan OPEC+ tərəfindən ona ayrılan kvotadan da aşağı səviyyədə neft hasil edir.

Doğrudur, «SPGlobal» qarşıdakı dövrdə neft hasilatında müəyyən sabitləşmə gözləyir: «Çünki bəzi yataqlarda davam edən azalma digərlərində kiçik tutum əlavələri ilə kompensasiya ediləcək. Amma uzunmüddətli dövrdə, istehsal azalmağa davam edəcək».

«Qaz nefti əvəz etməyəcək, gəlirləri qat-qat azdır»

Doğrudur, paralel olaraq qaz hasilatı artmaqdadır, amma «SPGlobal» vurğulayır ki, qazın hasilat həcmi də əvvəlki illərdəki artımdan sonra platoya (yüksəlişdən sonra sabit səviyyəyə – FED.az) yaxınlaşır və ehtimal ki, qarşıdakı dövrdə 2023-cü il səviyyəsindən çox da fərqli artmayacaq.

Agentlik bildirir: «Qaz hasilatı hər il 35-36 milyard kubmetrə yaxın göstəricidə sabitləşib. BP tərəfindən idarə olunan Şahdəniz II əsas qaz yatağında (illik hasilat təxminən 16 milyard kubmetr) hasilata başlanıldığı 2018-ci ildən Azərbaycanın qaz hasilatı əhəmiyyətli dərəcədə artıb. İki boru kəməri - Türkiyə və Avropaya qaz nəql edən Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) müvafiq olaraq 2019 və 2020-ci illərdə istismara verilib. 2023-cü ilin iyul ayında isə daha kiçik olan «Abşeron» qaz və kondensatında hasilat da başlayıb. «TotalEnergies» və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən birgə istismar edilən yataqdan illik hasilat təxminən 1,5 milyard kubmetr təşkil edir.

Hələlik «SPGlobal» hesab edir ki, qaz hasilatı sahəsində artımın böyük hissəsi artıq baş verib və artıq bir neçə ildən sonra Azərbaycan qaz hasilatının pik həddə çatacaq.

Doğrudur, agentliyin fikrincə, gələcəkdə bəzi layihələr qaz hasilatını artıra bilər. Bunlara daxildir:

•             Abşeron yatağının növbəti mərhələsi (hasilatın ildə 1,5 milyard kubmetrdən 5,0 milyard kubmetrə qədər genişləndirilməsi);

•             Azəri-Çıraq-Günəşli (AÇG) qazının dərin işlənməsi, hazırda hasil olunan AÇG neft yatağının altından qazın çıxarılması imkanlarının araşdırılması (biz başa düşürük ki, hasilatın miqyası hələlik aydın deyil).

Yuxarıda qeyd olunan layihələr planlaşdırma mərhələsindədir və bir dəfə və davam etdiriləcək qərarlar qəbul olunarsa, tamamlanması bir neçə il çəkəcək. Üstəlik agentlik xatırladır ki, əsas ixrac Cənubi Qafqaz Boru Kəməri hazırda tam gücü ilə işləyir, ona görə də istənilən əlavə qaz ixracı baş verərsə, o cümlədən Avropaya boru kəməri infrastrukturunun daha da genişləndirilməsi tələb olunacaq. Bu cür genişlənmə öz növbəsində Azərbaycan və onun qazının əsas avropalı alıcıları arasında uzunmüddətli tədarük həcmləri və onun qiymətləri barədə razılaşmaların əldə olunmasını zəruri edərdi.

Amma agentliyin fikrincə, istənilən halda qaz hasilatının artması iqtisadiyyat üçün azalan neft hasilatını əvəz etməyəcək: «Son illərdə təbii qaz hasilatının həcminin sürətlə artmasına baxmayaraq, hesab edirik ki, büdcə daxil olmaları neftdən xeyli dərəcədə aşağı qalacaq. Məsələn, qazın son qiymətlərinin xeyli yüksək olmasına baxmayaraq, 2023-cü ildə ARDNF-ə ötürülən Şahdəniz qazının satışından əldə olunan gəlir 1,3 milyard dollar təşkil edib. Bu dövrdə neftdən gələn gəlirlər isə 7 milyard dollar olub».

«Hökumətin açıqladığı məlumatlarda ciddi boşluqlar var»

Agentlik xüsusi vurğulayır ki, Azərbaycan hakimiyyətinin dərc etdiyi iqtisadi məlumatlarda ciddi boşluqlar var. «Məsələn, xərclərə görə bölünmüş milli gəlirin həcmi hesabları yoxdur. Həmçinin ümumi iqtisadiyyat üçün beynəlxalq investisiya mövqeyi məlumatları yoxdur».

Bununla yanaşı, agentlik qeyd edir ki, Azərbaycan bir çox analoq ölkələrdən (məsələn, Körfəz Əməkdaşlıq Şurasındakılardan) öz aktivlərinin tərkibinə və suveren sərvət fondunun həcminə görə daha şəffafdır. Məsələn, ARDNF təfərrüatlı auditdən keçmiş illik hesabatlar dərc edir və onun investisiya kateqoriyaları haqqında ətraflı məlumat verir.

2% iqtisadi artım – Qarabağ tikinti sektorunu canlandırıb

«SPGlobal» 2024-2027-ci illər ərzində Azərbaycanda orta hesabla 2%-dən bir qədər aşağı artım proqnozlaşdırır. Bu rəqəmin əsasında neft hasilatının durğunluğu və qeyri-neft sektorunda gözlənilən illik 3-4% artım dayanır: «Biz qeyri-neft sektorunun ortamüddətli perspektivdə hər il 3-4% artacağını gözləyirik».

Açıqlamada deyilir ki, 2024-cü ilin ilk dörd ayı ərzində Azərbaycan iqtisadiyyatı daha güclü artım nümayiş etdirib və real ÜDM illik müqayisədə 4,3% artıb və bu, əsasən qeyri-neft sektorunun hesabına olub, neft sektoru isə azalıb. 2024-cü ilin yanvar-aprel aylarında qeyri-neft sektoru yük və sərnişin daşımalarının, informasiya və rabitə xidmətlərinin və pərakəndə ticarət dövriyyəsinin genişlənməsi ilə demək olar ki, 8% artıb.

Agentlik tikinti sektorunda güclü artımı qeyd edirik ki, bu da Qarabağ bölgəsinə qoyulan investisiyaları əks etdirir. «Əgər Qarabağla bağlı investisiyalar olmasaydı, qeyri-neft sektorunda nəzərdə tutulan artımın daha zəif olacağını düşünürük»-deyə açıqlamada bildirilir.

«İşğal edilmiş Qarabağ»?

«SPGlobal» öz açıqlamasında Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ müharibəsi ilə bağlı kiçik ekskurs da edib.

Bildirilir ki, regionda dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üzrə danışıqları davam etdirir. 2023-cü ilin sentyabrında bir günlük hərbi hücumdan sonra Azərbaycan Qarabağ ərazisinin 2020-ci ildə «ələ keçirmədiyi hissələrinə nəzarəti ələ keçirdi».

Yeri gəlmişkən, agentliyin açıqlamasında Qarabağla bağlı hissələrdə Azərbaycanın Qarabağı «işğal etdiyi» vurğulanır. Belə ki, Qarabağ regionuna yatırımlar barədə danışarkən «işğal olunmuş Qarabağ regionu» ifadəsindən istifadə edilir. İfadənin ingilis variantında məhz belə göstərilib – «We also note the strong growth in the construction sector, which reflects the investments the authorities are undertaking in the captured Karabakh region»

Agentliyin Qarabağ müharibəsi barədə qısa ekskursunda da müəyyən qərəz hiss olunur. Məsələn regionun məhz Azərbaycana məxsus olması qeyd edilmir, Azərbaycanan bu əraziləri «ələ keçirdiyi» bildirilir.

«2023-cü ilin sentyabrında bir günlük hərbi hücumdan sonra Azərbaycan Qarabağ ərazisinin 2020-ci ildə «ələ keçirmədiyi hissələrinə nəzarəti ələ keçirdi».

«Bu region onilliklər ərzində Azərbaycan və Ermənistan arasında mübahisənin məhəlləsində olub və bu, Ermənistanla müharibəyə səbəb olub. 1990-cı illərdə və 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Qarabağın və ətraf ərazilərin əhəmiyyətli hissələrini ələ keçirdi. 2023-cü ilin sentyabrında baş verən qısa eskalasiyadan sonra Qarabağdakı yerli erməni hakimiyyət orqanları təslim oldu və dərhal atəşkəs əldə olundu, ardınca bölgənin tam Azərbaycanın nəzarətinə keçməsi barədə razılaşma əldə edildi. İnkişaf etnik ermənilərin Qarabağdan Ermənistana kütləvi və sürətlə getməsinə səbəb oldu»-deyə bildirilir.

“İnstitusional effektivlik aşağıdır”

«SPGlobal»ın Azərbaycanda problem kimi gördüyü məqamlardan biri də - hansı ki, reytinqlərə təsirini göstərir - institusional effektivliyin zəif olması və monetar siyasətdə çevikliyin məhdud olmasıdır.

Agentlik qeyd edir ki, struktur islahatları və davamlı iqtisadi şaxələndirmə səyləri, fikrimizcə, məhdudlaşdırılıb ki, bu da daha sürətli inkişafa maneə olacaq.

Agentlik bildirir ki, hazırda Azərbaycanın institusional mühiti zəif olaraq qalır və siyasi hakimiyyət prezident administrasiyası ətrafında mərkəzləşib.

«Manatın məzənnəsi hələlik sabitdir»

«SPGlobal»ın açıqlamasında deyilir ki, qarşıdakı illərdə Azərbaycanda dolların 1,7 manatlıq məzənnəsinin dəyişəcəyini gözləmir. Agentliyin ekspertlərinin sözlərinə görə, bu məzənnə sabitliyi hökumətin valyuta bazarına müdaxilələri nəticəsində ələd edilir: «Hökumətin xarici valyuta bazarına mütəmadi müdaxilələri ilə dəstəklənən Azərbaycan manatın ABŞ dollarına nisbətdə de-fakto sabitliyini 1,7 AZN-1,0 dollar səviyyəsində saxlayacağını proqnozlaşdırırıq».

Buna baxmayaraq karbohidrogen (neft qaz) qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, biz güman edirik ki, səlahiyyətlilər ARMB-nin valyuta ehtiyatlarını 2015-ci ildə baş verən kimi əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə düzəliş etməyi düşünə bilər.

“Dollar əmanətləri azalıb, amma təhlükə yaransa əhali yenidən pulları dollara çevirəcək”

Açıqlamada bildirilir ki, Azərbaycanda əmanətlərin dollarsızlaşması davam edir. «Yerli əmanətlərin dollarlaşması son illərdə nəzərəçarpacaq dərəcədə azalaraq pandemiyadan əvvəlki 55%-dən 2024-cü ilin aprelində 37%-ə düşüb. Hesab edirik ki, sabit məzənnə fonunda milli valyutada əmanətlər üzrə orta faiz dərəcəsinin 8,4%, xarici valyutada olan əmanətlər üzrə 2,5% ilə müqayisədə xeyli yüksək olması və neftin büdcədən yuxarı qiymətlərinin əlverişli olması manat əmanətlərinin cəlbediciliyini artırıb».

Bununla belə, agentlik xəbərdarlıq edir ki, manatın məzənnəsinin aşağı düşməsi ilə bağlı təzyiqlər olsa, sakinlər inflyasiya və valyuta risklərini hedcinq etmək üçün tez bir zamanda pullarını yenidən dollara keçirə bilərlər.

«Mərkəzi Bankın müstəqil pul siyasəti aparmaq imkanı yoxdur»

«SPGlobal»ın açıqlamasında bildirilir ki, Azərbaycanda pul siyasətinin effektivliyi məhdud olaraq qalır. Mərkəzi Bankın məhdud əməliyyat müstəqilliyi, valyuta bazarına ciddi müdaxilə və yerli valyuta kapital bazarlarının zəif inkişaf etməsi ilə məhdudlaşır.

«Manatın məzənnəsinin dollara nisbətdə təsbit edilməsi ilə əldə edilən proqnozlaşdırıla bilənliyin yaxşılaşmasına baxmayaraq, bu, ARMB-ni müstəqil pul siyasəti aparmaq imkanından məhrum edir, fikrimizcə, bu da bankın hələ də məhdud fəaliyyət müstəqilliyi ilə məhdudlaşdırılır».

Bank sektoru özünə gəlir – amma problemli kreditlər artacaq

Agentlik bildirir ki, Azərbaycanın bank sənayesi uzun sürən korreksiyadan sonra bərpa əlamətləri göstərməkdə davam edir. «Bir neçə illik durğunluqdan sonra 2020-ci ildən etibarən kredit fəaliyyəti yenidən canlandı və biz gözləyirik ki, pul şərtlərinin tədricən yumşaldılması 2024-2025-ci illər ərzində kreditləşmə artımını dəstəkləməlidir».

Hesab edirik ki, kredit portfelləri tədricən mövsümə girdiyi üçün, 2023-cü ilin sonunda Mərkəzi Bank tərəfindən rəsmi olaraq bildirilən 2,6%-lə müqayisədə, problemli kreditlər (QPL) növbəti iki il ərzində təxminən 4,0%-ə qədər orta dərəcədə arta bilər.

Əsas Statistika

MIL. manat təşkil edib

2022

2023

2024

2025

2026

2027

İQTİSADİ GÖSTƏRİŞLƏR (%)

Nominal ÜDM (mil. AZN)

134

123

129

130

135

140

Nominal ÜDM (mil. $)

79

72

76

77

79

82

Adambaşına düşən ÜDM (000 dollar)

7.8

7.1

7.4

7.4

7.6

7.8

Real ÜDM artımı

4.7

1.1

2.5

2.0

1.5

1.5

Adambaşına düşən real ÜDM artımı

4.0

0.5

1.5

1.0

0.5

0.5

Real investisiya artımı

3.0

6.0

5.0

5.0

2.0

2.0

İnvestisiya/ÜDM

12.0

18.3

18.7

19.8

20.1

20.3

Əmanət/ÜDM

41.8

29.8

29.0

26.7

25.8

24.9

İxrac/ÜDM

60.0

49.0

48.1

45.7

44.6

43.5

Real ixrac artımı

23.0

(3.0)

0.5

1.0

1.0

1.0

İşsizlik nisbəti

5.6

5.0

4.7

4.5

4.5

4.5

XARİCİ GÖSTƏRİŞLƏR (%)

Cari hesab balansı/ÜDM

29.8

11.5

10.3

6.9

5.7

4.6

Cari hesab balansı/CAR

44.7

21.2

19.8

13.8

11.8

9.7

Avtomobillər/ÜDM

66.7

54.2

52.2

49.8

48.6

47.3

Ticarət balansı/ÜDM

36.4

17.7

17.0

14.3

13.2

12.2

Xalis XBİ/ÜDM

(5.9)

(2.2)

(3.0)

(3.0)

(3)

(2.0)

Xalis portfel kapital daxilolmaları/ÜDM

(0,0)

(0,0)

0.0

0.0

0.0

0.0

Ümumi xarici maliyyə ehtiyacları/CAR-lar və istifadə edilə bilən ehtiyatlar

60.2

77.4

74.0

79.2

80.9

82.9

Dar xalis xarici borc/CAR

(58.2)

(101,9)

(107.0)

(114,3)

(114,0)

(113.1)

Dar xalis xarici borc/CAPs

(105.2)

(129,4)

(133,5)

(132,5)

(129,3)

(125,3)

Xalis xarici öhdəliklər/CAR

(63.1)

(112,8)

(123,9)

(137.1)

(142,0)

(144,9)

Xalis xarici öhdəliklər/CAP-lar

(114,0)

(143,2)

(154,5)

(159.0)

(160,9)

(160,5)

Qısamüddətli xarici borc, qalan ödəmə müddətinə/CAR-lara görə

13.0

16.4

15.4

17.8

18.1

18.4

İstifadə edilə bilən ehtiyatlar/CAPs (aylar)

2.9

3.5

4.4

4.4

4.3

4.1

İstifadə edilə bilən ehtiyatlar (mil. $)

8,996

11,613

11,993

12,147

12,147

12,147

MALİYYƏ GÖSTƏRİŞLƏRİ (ÜMUMİ HÖKUMƏT; %)

Balans/ÜDM

6.4

7.9

3.4

1.9

0.9

0.6

Xalis borc/ÜDM-də dəyişiklik

(7.2)

(8.2)

(3.4)

(1.9)

(0,9)

(0,6)

İlkin balans/ÜDM

6.9

8.5

4.4

3.0

2.1

1.7

Gəlir/ÜDM

31.6

40.9

36.4

35.8

34.7

34.2

Xərclər/ÜDM

25.1

33.0

33.0

34.0

33.8

33.6

Faizlər/gəlirlər

1.4

1.4

2.7

3.2

3.5

3.4

Borc/ÜDM

18.7

21.9

20.9

20.7

20.0

19.3

Borc/gəlirlər

59.3

53.6

57.4

57.7

57.5

56.4

Xalis borc/ÜDM

(36,5)

(48,0)

(49.1)

(50,5)

(49,7)

(48,5)

Likvid aktivlər/ÜDM

55.3

69.9

69.9

71.1

69.6

67.8

PUL GÖSTƏRİŞLƏRİ (%)

CPI artımı

13.9

8.8

3.0

3.0

3.0

3.0

ÜDM deflyator artımı

37.3

(9.2)

2.5

(1,0)

2.0

2.0

Valyuta məzənnəsi, ilin sonu (LC/$)

1.70

1.70

1.70

1.70

1.70

1.70

Bankların rezident qeyri-dövlət sektorunun artımı ilə bağlı iddiaları

17.4

14.7

15.0

15.0

15.0

15.0

Bankların rezident qeyri-dövlət sektoru/ÜDM üzrə tələbləri

15.3

19.1

20.9

23.8

26.4

29.4

Bankların rezidentlərə qarşı tələblərinin xarici valyutada payı

Yoxdur

Yoxdur

Yoxdur

Yoxdur

Yoxdur

Yoxdur

Rezidentlərin bank depozitlərinin xarici valyutada payı

44.9

33.3

Yoxdur

Yoxdur

Yoxdur

Yoxdur

Real effektiv məzənnə artımı

7.7

(0,8)

Yoxdur

Yoxdur

Yoxdur

Yoxdur

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
108
fed.az

1Sources