EN

ABŞ ordusu Tbilisidə keçirilən hərbi paradda iştirakdan imtina etdi

ABŞ-ın Tiflisdəki səfirliyinə, eləcə də NATO-Gürcüstan Təlim Mərkəzinə təyin edilmiş ABŞ hərbi qulluqçularının kiçik kontingenti Azadlıq meydanında keçirilən hərbi paradda və gürcü çağırışçıların andiçmə mərasimində iştirakdan imtina edib.

KONKRET.az xəbər verir ki, bunu parlamentdə keçirdiyi brifinqdə müxalifətçi deputat Teona Akubardia deyib. Onun sözlərinə görə, bu qərar Vaşinqtonu Gürcüstanda dövlət çevrilişi təşkil etmək cəhdində ittiham edən Gürcüstan rəhbərliyinin bəyanatlarından sonra etiraz əlaməti olaraq qəbul edilib. O əlavə edib ki, eyni səbəbə görə ABŞ 2024-cü ildə Gürcüstana hərbi-texniki və məsləhətçi yardımı 72 milyon dollardan 55 milyon dollara endirib. “Gürcü arzusu” bizim ölkənin amerikalı tərəfdaşlarına qarşı düşmənçilik ritorikası ilə Gürcüstan ordusu üçün təhlükə yaradıb”, – deyə deputat fikrini yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti xarici agentlər haqqında qanuna görə onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edib. Məlumdur ki, “Gürcü Arzusu” partiyasının üzvləri, parlament üzvləri, polis əməkdaşları və sadə vətəndaşlar üçün viza məhdudiyyəti tətbiq edilib.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
konkret.az

1Sources