EN

Joze Mourinyonun AVRO-2024 favoritləri

"Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo AVRO-2024 haqda danışıb.

News24.az xəbər verir ki, Portuqaliya mətbuatından RTP-yə danışan Mourinyo turnir üçün sevimli namizədlərini sadalayıb.

Namizədləri haqqında danışan Mourinyo, "Məncə, hər kəs az qala mənim kimi düşünür. Portuqaliya, İngiltərə, Fransa favoritdir. Almaniya və İspaniyanın ikinci yerdə olduğunu deyərdim" deyə açıqlama verib.

Nəhayət, sonuncu dəfə İtaliyanın “Roma” komandasında çalışmış Mourinyo son çempiona şans verməyib.

Mourinyo: "İtaliyanın Avropa Çempionu olacağına inanmıram. Keçən dəfə qalib gəldilər, amma ikinciyə də inanmıram" deyib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
120
news24.az

1Sources