EN

"Real"dan gözlənilməz addım: Dünya çempionatından imtina etdi

"Real" 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bunu Madrid klubunun baş məşqçisi Karlo Ançelotti açıqlayıb:

"Klubumuz və oyunçular bu turnirdə iştirak etməyəcək. "Real"ın bir matçı 20 milyon avroya başa gəlir və onlar yalnız bütün turnir üçün bu pulu bizə vermək istəyirlər. Bir çox klublar kimi "Real" da dəvətdən imtina edəcək".

Qeyd edək ki, 2025-ci il klublararası dünya çempionatı əvvəllər olduğu kimi 7 klubun yox, 32 komandanın iştirakı ilə keçiriləcək. Mundial ABŞ-da baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
publika.az

1Sources