EN

İndoneziyada Levotobi Laki-Laki vulkanı püskürdü

Dünyanın ən böyük ada ölkəsi olan İndoneziyada yerləşən Levotobi Laki-Laki vulkanı təxminən 800 metr hündürlüyə kül saçıb.

"Cebhe.info" xarici mediaya istinadən məlumatına görə, ölkənin Şərqi Nusa Tengqara əyalətinin Flores bölgəsində püskürən vulkanın ardından həyəcan üçüncü və ən yüksək səviyyəsinə çatdırılıb.

Bildirilib ki, 303 saniyə davam edən partlayışla bağlı həyəcan təbili çalınıb, bölgə əhalisinə diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, "Sakit okean odlu qövsü" adlanan zəlzələ və vulkan qurşağında olan İndoneziyada təxminən 130 aktiv vulkan var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
cebheinfo.az

1Sources