EN

Covid-19-un daha bir mənfi xüsusiyyəti ortaya çıxdı - gözləriniz…

Covid 19 pandemiyasının böyümə çağındakı uşaqların görmə qabiliyyətinə mənfi təsir etdiyi məlum olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq araşdırmalara görə, uzun müddət qapalı yerdə qalan uşaqların göz bəbəklərinin şəkli dəyişib.

Bu vəziyyətin səbəbi geridə buraxdığımız Covid 19 pandemiyası olduğu ortaya qoyulur.

\"Nature” dərgisində yayınlanan araşdırmada açıq havada keçirilən zamanın, artan miyop epidemiyasına qarşı ən yaxşı çıxış yolu olduğu bildirilir. 

Araşdırmada pandemiya vaxtının təsiri ilə bağlı bu məlumatlara yer verilib. Uşaqların ekranlara və yaxındakı digər nəsnələrə diqqət yetirərək xərckədikləri vaxt kifayət qədər artıb. Açıq havada keçirdikləri vaxt isə sürətlə azalıb. Bu dəyişim uşaqların anotomiyasında gözlə görünən bir dəyişikliyə yol açıb.

Avropadan Asiyaya qədər bir çox bölgələrdə edilən hərtərəfli çalışmalar nəticəsində məlum olub ki, 6 yaşlı uşaqlarda patojolik olaraq bərəlmiş göz bəbəklərinin görülmə sıxlığının pandemiyadan əvvəlki səviyyələrə müqayisədə demək olar ki iki qatına çıxdığı məlum olub.

Düzəldici eynəklər bu problemə həll gətirsə də şiddətli miyop, glokoma və hətta qalıcı korluq kimi daha ciddi fəsadlara yol aça bilər. 

Xumar
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
azxeber.com

1Sources