EN

“Virgin Galactic” kosmik təyyarəsi turistləri kosmosa aparıb

“Virgin

Bakı, 10 iyun, AZƏRTAC

Riçard Bransonun təsis etdiyi kosmik turizm şirkəti bildirib ki, “Virgin Galactic” kosmik təyyarəsi dörd turisti Yerin orbitinin kənarına səyahətə aparıb. Bu, cari ildə turistlərin kosmik təyyarənin göyərtəsində ikinci uçuşudur.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Virgin Galactic 07” missiyası türk, ABŞ və italyan sərnişinləri bir saatdan artıq davam edən uçuşla təxminən 55 mil (88,51 kilometr) yüksəkliyə aparıb. Kosmik turizm şirkəti bildirib ki, missiya Nyu-Meksiko ştatındakı Amerika “Spaceport”undan qalxıb və geri qayıdıb.

Şirkət “Virgin Galactic” kosmik təyyarəsinin son kommersiya uçuşunun uğurla həyata keçdiyini bildirib və əlavə edib ki, hazırda 2026-cı ildə kommersiya xidmətinə girəcəyi gözlənilən dördüncü nəsil kosmik gəmi istehsal edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
1
azertag.az

2Sources