EN

Bakının bu prospektinin bir hissəsi təmir olunur

Bakı. Trend:

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahatgediş-gəlişinin təmin olunması üçün paytaxtın Atatürk prospektindədə təmir işlərinə start verilib.

Trend AAYDA-ya istinadən məlumat verir ki,təmir işləri prospektin Səttar Bəhlulzadə küçəsindən Fətəli xanXoyski küçəsinədək olan 1700 metrlik hissəsində aparılır.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frezmaterialının kənara daşınması işləri icra olunur.

Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət tamməhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyatvasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımındanmüəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiqedilir.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları,təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətliolmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarınıntələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahişolunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
111
34
az.trend.az

10Sources