EN

Sillə turnirlərinə “Real”ın oyunlarından çox baxırlar?

UFC rəhbəri Dana Uayt belə hesab edir ki, sillə vurmaq üzrə keçirilən turnirə (“Power Slap”) daha çox baxırlar, nəinki “Real”ın oyunlarına. O, “Flagrant” podkastında bu açıqlamanı verərkən aparıcı özünü saxlaya bilməyərək gülüb.

Uayt: “Power Slap” daha böyük abunəçiyə malikdi, nəinki istənilən başqa peşəkar idman növü, istənilən başqa peşəkar idman komandası. Bizim abunəçilərimiz onlarla müqayisədə daha çoxdu”.
Aparıcı: Hətta “Real”ın və başqa futbol komandalarının izləyicilərindən də çox?
Uayt: Deyərdim ki, bəli.


Uayt “Power Slap” adlı quruma da rəhbərlik edir. 2022-ci ildə yaradılan qurum dəfələrlə həm peşəkar döyüşçülərin, həm də tamaşaçıların tənqidinə məruz qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources