EN

İsrailin girov əməliyyatının detalları: evlərdən birində uzun sürən atışma olub

İsrail Nuseyratda xüsusi təyinatlıları qorumaq üçün hava qüvvələri və artilleriya yerləşdirib
İsrail Qəzza zolağındakı Nuseyrat qaçqın düşərgəsində girovların azad edilməsi əməliyyatı zamanı xüsusi təyinatlıları qorumaq üçün hava qüvvələri və artilleriya yerləşdirib. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) hərbçilərə istinadən məlumat yayıb.
Qəzetin mənbələrinin məlumatına görə, əməliyyat ciddi məxfilik şəraitində həyata keçirilib və İsrail üçün uğursuzluq da yaşanıb. Belə ki, xüsusi təyinatlılar evlərdən birinə basqın edərkən uzun sürən atışma baş verib.
Qeyd olunub ki, xüsusi təyinatlılardan ibarət bir qrup güclü atəşə tutularkən hərbi hava qüvvələri və artilleriya Fələstinin HƏMAS radikal hərəkatının onlarla hədəfinə zərbələr endirməyə başlayıb.
Qeyd edək ki, iyunun 8-də İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın əsirliyində olan dörd girovu azad etdiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
112
ayna.az

1Sources