EN

“Mədəniyyətə könül ver” - "Yaşıl dünya" - FOTOLAR

06.06.2024-cü il tarixində Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə könül ver” layihəsi çərçivəsində keçirilən “YAŞIL DÜNYA” adlı rəsm sərgisinin açılışı baş tutub.

 

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli qonaqları salamlayaraq sərgini açıq elan edib.. Daha sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, o cümlədən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi haqqında fikirlərini söyləyiblər.

 

Əsərləri sərgilənən tədbir iştirakçıları sonda diplomlarla təltif olunublar.

 

Qeyd edək ki, “Mədəniyyətə könül ver” layihəsinin məqsədi könüllülərin və yaradıcı gənclərin iştirakı ilə mənəvi irsimizi gələcək nəsillərə çatdırmaq üçün keçirilən tədbirlərə dəstək olmaqla yanaşı mədəniyyətimizin inkişafı və təbliği istiqamətində müxtəlif yönlü ictimai fəaliyyət göstərməkdən ibarətdir. Layihə çərçivəsində müxtəlif görüşlər, təlimlər, yaradıcı gənclərə dəstək məqsədilə konsertlər və sərgilər təşkil olunur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
sfera.az

1Sources