EN

Qlobal iqlim dəyişikliyi bəzi ada dövlətlərinin mövcudluğunu təhdid edə bilər - Nazir müavini

Bakı. Trend:

Qlobal iqlim dəyişikliyi bəzi ada dövlətlərinin mövcudluğunutəhdid edə bilər.

Trend xəbərverir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov ADAUniversitetində ilk dəfə keçirilən "Caspian Blue Horizons" tədbiriçərçivəsində "COP29 ərəfəsində iqlim dayanıqlılığı və Xəzərindayanıqlılığı üçün elm və biznesin sinerjisi" mövzusunda keçirilənmüzakirələrdə deyib.

"Azərbaycan iqlim dəyişikliyinin nəticələrindən geri dönülməzzərər görə biləcək ada dövlətləri ilə danışıqlar aparır. Budövlətlər COP29-da da iştirak edəcək", - o deyib.

E.Soltanov Azərbaycanın özünün də iqlim dəyişikliklərininquraqlıq və daşqınlar kim mənfi nəticələrinə məruz qaldığınıbildirib.

"Su ehtiyatlarının çatışmazlığı problemi Bakıda keçiriləcəkCOP29-un gündəliyinə daxil ediləcək", - deyə nazir müavini əlavəedib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
1
az.trend.az

2Sources